Menyu

Tural Abbaslı: Ermənistan İrana qarşı səmimi deyil

Tural Abbaslı: Ermənistan İrana qarşı səmimi deyil

“Azərbaycan ordusu istənilən an hər üç dövlətdən (İran, Rusiya və Ermənistanı nəzərdə tutur – red) gələ biləcək təxribata hazır olmalıdır və dövlətin maraqlarını sona qədər təmin etməyə çalışmalıdır”.

Bunu “Operativ Media”ya 11 aprel sərhəddə baş verən gərginliyi şərh edən Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Həmçinin Ermənistan və İran məsələlərinə də fikir aydınlığı gətirən partiya sədri ermənilərin İrana qarşı səmimi olmadığını, sadəcə imkanlardan faydalandığını bildirib:

“Ermənilərin bu addımları onların öz istəkləri deyil. Həm Rusiya, həm də İran qarşıdurmanın növbəti müharibə üsuluna keçməsində maraqlıdırlar. Çünki Rusiyanın başı Ukraynaya qarışmışkən Cənubi Qafqazda mövqelərini itirmək istəmir, ona görə də burda nə qədər gərginlik olsa, o qədər Rusiya üçün rahat olar.

Eyni zamanda İran da Azərbaycanın tam müstəqil şəkildə problemsiz bir ölkə olmasını istəmir, o düşünür ki, cənubda olan 40 milyonluq azərbaycanlılara pis nümunə ola bilər. Azərbaycan-Ermənistan arasında qarşıdurma olsun, ermənilər də öz xislətlərinə uyğun olaraq həmişəki kimi böyük ölkələrin maşası rolunda çıxış etməyə canla-başla hazırdır. Dünən də bu rola girməyə çalışdılar, amma cavabların aldılar

PUA-larının istifadəsi ilə bağlı məlumat yayıldı və ermənilər bunu təkzib etdilər, hətta İranla heç bir PUA alış-verişlərinin olmadığını qeyd etdilər. Maraqlı olan odur ki, Ermənistan niyə İranla əlaqələrin olduğunu bu səviyyədə inkar etmək istəyir, bəs qardaş ölkə idilər, bir-birlərinin ölkələrində konsulluq açırdılar, qırmızı xətt elan edirdilər… Hazırki vəziyyəti nəzərə almaqla qeyd etmək istəyirəm ki, Ermənistan özü İrana qarşı səmimi deyil, altdan İrandan dəstək alır, göz önündə qətiyyən İranla eyni müstəvidə görünmək istəmir. Çünki Avropadakı himayədarlarını itirmək və dünyanın gözündə İranın yanında olan ölkə olmaq istəmir, eyni zamanda İrandan faydalanmaq istəyir. İran siyasi elitası da bunu görməlidir, nə qədər gec deyil, bu murdar birliklərinə, İran-Ermənistan müttəfiqliklərinə son qoymalıdırlar.
 

Ermənilər təxribat törətmək, strateji nöqtələri geri qaytarmaq istəyirdilər, hansı ki Azərbaycan ordusu bu ərazilərdə özünün postlarını qurub və nəzarət edir. Baş verən təxribatlar Ermənistanın cılız bir cəhdidir. Ola bilsin ki, onları ya İran, ya da Rusiya inandırıb ki, siz bunu bacaracaqsınız. Biz də sizə dəstək verəcəyik. Ona görə belə bir təxribata əl atdılar. 30 il bizim torpaqlarımızı işğalda saxlayanlar bizi işğalçı kimi ittiham etmək istəyirlər, bu da çox yanlışdır. Mən ordumuzu dəstəkləyirəm və şəhidlərimizə Allahdan rəhmət diləyirəm!

Ayşən Azadova
 

Teqlər:

"Tural Abbaslı: Ermənistan İrana qarşı səmimi deyil"

Əlaqəli Xəbərlər