Menyu

Ermənistan İran PUA-larından istifadə edir?

Ermənistan İran PUA-larından istifadə edir?

“İran PUA-larından istifadə ilə bağlı məlumatlar geniş yayılsa da, bunları təsdiqləyən heç bir fakt yoxdur”.

Bunu aprelin 11-də sərhəddə baş verən gərginliyi “Operativ Media”ya şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib

“Bu təxribatda Ermənistanın əsas niyyəti İranı bu münaqişəyə cəlb etməkdir. Çünki təxribatın baş verdiyi ərazi İran sərhədindən çox uzaqda deyil. İran PUA-larından istifadə ilə bağlı məlumatlar geniş yayılsa da, bunları təsdiqləyən heç bir fakt yoxdur. Halbuki biz daha əvvəllər İranın öz ərazisində erməni hərbçilərini PUA operatoru kurslarına cəlb etdiyi barədə məlumatımız var. Bəzi İran rəsmiləri də, SEPAH-dan olan generallar da İran PUA-larının əraziyə göndərilməsi ilə bağlı məlumatlar veriblər, lakin bu məlumatları hər iki tərəf rəsmi şəkildə təsdiqləməyib, əksinə onları inkar ediblər və belə bir fotofakta, videomateriala da rast gəlməmişəm”.

Ayşən Azadova.

Teqlər:

"Ermənistan İran PUA-larından istifadə edir?"

Əlaqəli Xəbərlər