Menyu

Kanada ABŞ mallarına 50%-dək gömrük rüsumu tətbiq edir

Operativ Media
Kanada ABŞ mallarına 50%-dək gömrük rüsumu tətbiq edir

Kanada sentyabrın 8-dən etibarən ABŞ-dən idxal olunan bir sıra məhsullara 15%, 25% və 50% həcmində gömrük rüsumları tətbiq edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyinin bəyanatında bildirilib.

Məlumata görə, cavab rüsumları ümumi dəyəri təxminən 20 milyard dollar olan Amerika mallarına şamil olunacaq.

Rüsumlar avtomobil və motosikletlərə, məişət texnikasına, kənd təsərrüfatı avadanlıqlarına, elektrik cihazlarına, kağız və kartona tətbiq ediləcək.

Bununla yanaşı, polad, alüminium və onlardan hazırlanan məhsullara tətbiq olunan rüsum 25%-dən 50%-ə qaldırılacaq.

Qeyd edək ki, Kanada Baş naziri Mark Karni Ottavanın ABŞ-nin tətbiq etdiyi rüsumlara simmetrik cavab verəcəyini bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər