Menyu

İran BMT-yə müraciət edib

Operativ Media
İran BMT-yə müraciət edib
1 dəq oxu

İran ABŞ tərəfindən tətbiq olunan iqtisadi təzyiqlərlə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərib.

Operativ Media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi məktubda ABŞ administrasiyasının addımlarını qanunsuz və cinayət xarakterli adlandırıb.

O, BMT-nin və bütün hökumətlərin ABŞ-nin bu addımlarını pisləmək üçün hüquqi və mənəvi məsuliyyət daşıdığını vurğulayıb.

ABŞ müdafiə naziri Pit Heqset isə Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqi ən effektiv vasitə hesab etdiyini bildirib.

Bununla yanaşı, Heqset Hörmüz boğazında hərbi zərbələrin də istisna edilmədiyini qeyd edib.

Əlaqəli Xəbərlər