Menyu

XİN: Azərbaycan hərbçilərinə işgəncə verilməsi qəbuledilməzdir

Nərmin Qocamanlı
XİN: Azərbaycan hərbçilərinə işgəncə verilməsi qəbuledilməzdir
1 dəq oxu

Azərbaycan hərbçilərinə işgəncə verilməsi qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət tərəfindən bu hal pislənməlidir.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin sözcüsü Ayxan Hacızadə tviterdə bildirib

"Naxçıvanın Şahbuz rayonu istiqamətində bir neçə gün əvvəl itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Ermənistan tərəfindən saxlanılıb. Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar IHL-ə ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!", - o, qeyd edib.

Əlaqəli Xəbərlər