Menyu

Prezident İlham Əliyevin "ŞƏT Plyus" sammitində iştirak edəcəyi gözlənilir

Şəfa Hüseynli
Prezident İlham Əliyevin "ŞƏT Plyus" sammitində iştirak edəcəyi gözlənilir

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası və "ŞƏT Plyus" formatında Zirvə Görüşü sentyabrın 1-də Sadır Japarovun sədrliyi ilə Qırğızıstanda keçiriləcək.

Operativ Media xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edəcəyi gözlənilir.

Bundan başqa zirvə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko, Hindistan Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan Baş naziri Şahbaz Şərif, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Toqo Respublikası Nazirlər Şurasının sədri For Essozimna Qnassinqbe, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Laos Prezidenti Thonqloun Sisulit, Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan və Misirin vitse-prezidenti Hüseyn İsa iştirak edəcəklər.

Görüşdən sonra ŞƏT-in 25-ci ildönümü ilə bağlı Bişkek Bəyannaməsi, çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş sənədlər və qərarlar, eləcə də dövlət başçılarının bir sıra tematik bəyanatları imzalanacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər