Dövlət Departamenti: 11 aprel insidentinə görə təəssüflənirik
Redaksiya
"Aprelin 11-də Ermənistan və Azərbaycan qüvvələrinin iştirakı ilə baş vermiş və bir neçə qurbanla nəticələnən ölümcül toqquşmaya görə təəssüf edirik".
"Operativ Media" xəbər verir ki, bunu "Azadlıq Radiosu"nun sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildiriblər.
"Ölən və yaralananların ailələrinə başsağlığı veririk. Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasındadır və gücdən istifadə danışıqları pozur" - deyə cavabda bildirilib.
Teqlər:
"Dövlət Departamenti: 11 aprel insidentinə görə təəssüflənirik"