http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qərbi Azərbaycan İcması Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı bəyanat yayıb

13 Aprel 2023 , 18:17
Qərbi Azərbaycan İcması Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı bəyanat yayıb

Ermənistanın kütləvi informasiya vasitələrində, bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən Azərbaycan ordusunun silahsız əsgərinin qolları bağlı şəkildə işgəncəyə məruz qoyulmasını göstərən video və foto görüntülər yayılmışdır.

"Operativ Media" xəbər verir ki, bu barədə İcma bəyanat yayıb.

Bildirilib ki,bu, hərbi əsirlərlə davranışa dair Cenevrə Konvensiyası, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya" və digər mühüm beynəlxalq aktlarla Ermənistanın üzərinə düşən öhdəliklərin kobud şəkildə pozulmasının və bu ölkədə azərbaycanlılara münasibətdə geniş yayılmış etnik nifrət və irqi ayrı seçkiliyin növbəti bariz sübutudur.

Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi və zorla qovulduğu Zəngəzur torpağı azərbaycanlıların Ermənistan tərəfindən işgəncəyə məruz qalmasına növbəti dəfə şahid olmuşdur. Bu amansız cinayəti təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıların oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.

Qərbi Azərbaycan İcması bu mənfur cinayəti qəti şəkildə qınayır, beynəlxalq ictimaiyyəti buna görə Ermənistan hökumətinin və cinayətin icraçılarının əməlinə hüquqi qiymət verməyə və əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanın nəzarətində olan əraziyə keçmiş azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırır.

OXŞAR XƏBƏRLƏR
KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu