"Mançester Siti" braziliyalı yarımmüdafiəçi Allanı heyətinə qatıb
Braziliya təmsilçisi "Palmeyras"ın yarımmüdafiəçisi Allan karyerasını İngiltərənin "Mançester Siti" klubunda davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı braziliyalı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb, keçid məbləğinin isə bonuslar nəzərə alınmadan 40 milyon avro təşkil etdiyi bildirilib.
"Palmeyras"ın yetirməsi olan oyunçu cari mövsüm bütün turnirlərdə 42 qarşılaşmada meydana çıxaraq 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı tərəfindən bazar dəyəri 20 milyon avro qiymətləndirilən futbolçunu transfer edən "Mançester Siti" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində keçirdiyi 2 turdan sonra topladığı 6 xalla lider mövqedə qərarlaşıb.
dəqiqələr içində saytın olsun.