Menyu

"Porto" "Milan"ın meksikalı hücumçusunu icarəyə götürür

Operativ Media
"Porto" "Milan"ın meksikalı hücumçusunu icarəyə götürür

Portuqaliyanın "Porto" klubu "Milan"ın hücumçusu Santyaqo Ximenesi heyətinə qatıb və tərəflər arasında 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq icarə müqaviləsi imzalanıb.

​Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, 25 yaşlı meksikalı futbolçunun transfer hüquqlarının 18 milyon avro qarşılığında satınalma opsiyası da mövcuddur və bu bənd müəyyən şərtlərin yerinə yetirilməsi ilə yanaşı, oyunçunun keçirdiyi dəqiqələrdən asılı olaraq məcburi xarakter ala bilər.

​Xatırladaq ki, hücumçu 2025-ci ilin fevral ayından etibarən "Milan"ın şərəfini qoruyur və İtaliya təmsilçisi ilə imzalanan əsas sözləşmə 30 iyun 2029-cu ilədək nəzərdə tutulub.

​2025/2026 mövsümündə 17 matçda meydana çıxan Ximenes rəqib qapısına 1 dəfə yol tapıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

​"Transfermarkt" portalı Meksika millisinin üzvünün bazar dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər