Menyu

“Borussiya Dortmund” “Arsenal”ın gənc futbolçusunu heyətinə qatır

Operativ Media
“Borussiya Dortmund” “Arsenal”ın gənc futbolçusunu heyətinə qatır
1 dəq oxu

İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi İtan Nvaneri karyerasını Almaniyada, Dortmund "Borussiya"sında davam etdirəcək.

​Operativ Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Tərəflər arasında razılaşma son bir sutka ərzində əldə olunub.

​Müqaviləyə əsasən, 19 yaşlı ingilis futbolçu 2026/27 mövsümünü icarə əsasında Almaniya klubunda keçirəcək. Dortmund təmsilçisi bu müddət ərzində oyunçunun maaşını tam şəkildə ödəyəcək.

​London kollektivinin yetirməsi olan Nvaneri əsas komandanın heyətində meydana çıxdığı 51 matçda 10 qola və 2 məhsuldar ötürməyə imza atıb. O, ötən mövsümün ikinci yarısını da icarə əsasında Fransanın "Marsel" klubunda keçirib.

Əlaqəli Xəbərlər