Menyu

Pezeşkian İlham Əliyevlə görüşünü konstruktiv adlandırıb

Operativ Media
Pezeşkian İlham Əliyevlə görüşünü konstruktiv adlandırıb
1 dəq oxu

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü yüksək qiymətləndirib.

Operativ Media xəbər verir ki, Pezeşkian bunu Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində bir sıra dövlət başçıları ilə keçirdiyi görüşlərdən danışarkən bildirib.

İran Prezidenti qeyd edib ki, Rusiya, Azərbaycan, Qırğızıstan, Pakistan və Tacikistan prezidentləri ilə görüşlər keçirib.

Onun sözlərinə görə, danışıqlarda həm İrana qarşı təcavüz məsələsi, həm də ikitərəfli münasibətlər müzakirə olunub.

Pezeşkian vurğulayıb ki, tərəflər bir-birinə yardım etməklə regionda sülh və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü qeyd ediblər.

Əlaqəli Xəbərlər