Menyu

"Sabah" "Zenit"in futbolçusunu heyətinə qatdı - RƏSMİ

Operativ Media
"Sabah" "Zenit"in futbolçusunu heyətinə qatdı - RƏSMİ
1 dəq oxu
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiyanın “Zenit” klubundan icarəyə götürülüb. Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək “Sabah”ın üzvü olacaq. "Bayquşlar" icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir. 
Du Keyros karyerası ərzində Braziliyanın “Korintians” (2021–2023), “Qremio” (2024) və “Sport Resife” (2025), Rusiyanın isə “Zenit” (2023–2024) və “Orenburq” (2025–2026) klublarında çıxış edib.

Əlaqəli Xəbərlər