ABŞ İsraildəki vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-nin İsraildəki səfirliyi regionda vəziyyətin eskalasiyası riski ilə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyi məlumat yayıb.
“Yaxın Şərqdəki gərginliyi nəzərə alaraq, təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və gözlənilməz eskalasiya ehtimalı mövcuddur. Hazırda Yaxın Şərqdə olan ABŞ vətəndaşları yüksək sayıqlıq nümayiş etdirməli, mümkün uçuş ləğvlərinə və hava nəqliyyatında fasilələrə hazır olmalıdırlar”, – deyə məlumatda bildirilib.
Səfirlik İsraildə olan ABŞ vətəndaşlarına ən yaxın sığınacağın və ya qorunan məkanın yerini əvvəlcədən müəyyənləşdirməyi, raket və PUA hücumları barədə xəbərdarlıqların göndərildiyi İsrail Daxili Cəbhə Komandanlığının mobil tətbiqini yükləməyi tövsiyə edib.
Vətəndaşlara, həmçinin fövqəladə vəziyyət üçün ərzaq, su və dərman ehtiyatı hazırlamaq tövsiyə olunub.
Bununla yanaşı, ABŞ-nin Qüdsdəki səfirliyinin və Təl-Əvivdəki bölməsinin adi rejimdə fəaliyyətini davam etdirdiyi və vətəndaşlara konsulluq xidmətlərinin tam həcmdə göstərildiyi vurğulanıb.
dəqiqələr içində saytın olsun.