Tramp: İranın atdığı raketlər ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib
Operativ Media
ABŞ Prezidenti Donald Tramp ABŞ hərbçilərinin İranın Hörmüz boğazı yaxınlığındakı hədəflərinə zərbələr endirdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.
Onun sözlərinə görə, zərbələr İranın Hörmüz boğazında dəniz minaları yerləşdirmək cəhdinə cavab olaraq həyata keçirilir.
ABŞ Prezidenti həmçinin İranın İordaniyadakı ABŞ hərbi bazasına səkkiz raket atdığını, onların hamısının ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
Tramp xəbərdarlıq edib ki, İran bu hücumu yenidən təkrarlayarsa, ABŞ daha sərt və daha genişmiqyaslı zərbə endirəcək.
“Ən böyük zərbə isə hələ qarşıdadır. Hər şey başa çatdıqdan sonra İran İslam Respublikasından çox az şey qalacaq”, - deyə Tramp bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net