Menyu

İran Hörmüz boğazından keçidi bağlayıb

Operativ Media
İran Hörmüz boğazından keçidi bağlayıb

İran Hörmüz boğazından keçidlə bağlı yeni şərtlər müəyyənləşdirib.

Operativ Media xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai bildirib.

Onun sözlərinə görə, “Hörmüz boğazının təhlükəsizliyi üzrə strateji fəaliyyət” layihəsinin müzakirəsi zamanı bir sıra məsələlər deputatlar tərəfindən təsdiqlənib.

Qərara əsasən, gəmilər üçün sığorta və bank zəmanətinin alınması məcburi olacaq.

Bundan əlavə, sığorta və xidmət tariflərinin ödənilməsi nəzərdə tutulur.

Rezai bildirib ki, İranla müharibədə iştirak etmiş və müharibə zamanı ölkəyə hər hansı formada zərər vurmuş dövlətlər təzminat ödəmək barədə Tehranla razılığa gəlməlidirlər.

O vurğulayıb ki, əks halda həmin ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər