ABŞ-nin İrana zərbələri nəticəsində 5 nəfər ölüb, 68 nəfər yaralanıb
Operativ Media
İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə ABŞ qüvvələrinin endirdiyi zərbə nəticəsində 5 nəfər həyatını itirib, azı 68 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Operativ Media xəbər verir ki, bu barədə "Fars" agentliyi Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilib ki, xəsarət alanlar arasında çox sayda azyaşlı var və yaralılar Sirik ilə Minab şəhərlərinin xəstəxanalarına yerləşdiriliblər.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə qarşı silsilə zərbələrin endirildiyini açıqlamışdı. "Press TV" telekanalının məlumatına görə, partlayışlar ölkənin cənub sahilində, o cümlədən Keşm adasında və bir sıra digər şəhərlərdə qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net