Menyu

Yaponiya ABŞ və İranın danışıqları bərpa etməli olduğunu bildirib

Operativ Media
Yaponiya ABŞ və İranın danışıqları bərpa etməli olduğunu bildirib

Yaponiya hökuməti Vaşinqtonla Tehran arasında gərginliyin dərhal azaldılmasını və ikitərəfli danışıqların bərpa olunmasını zəruri hesab edir.

​Operativ Media xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Minoru Kihara açıqlama verib. O, ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanmasından, eləcə də Hörmüz boğazı başda olmaqla regiondakı vəziyyətin pisləşməsindən dərin narahatlıq keçirdiklərini vurğulayıb.

​Kihara qeyd edib ki, mövcud şəraitdə ən vacib vəzifə hərbi gərginliyin səngidilməsi, Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmiçiliyin bərpası, tərəflər arasında dialoqun yenidən qurulması, eləcə də nüvə məsələsi də daxil olmaqla yekun razılaşmanın tezliklə əldə olunmasıdır.

​Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə silsilə zərbələrin endirildiyini elan edib. Öz növbəsində, İran Yaxın Şərqdəki Amerika bazalarına qarşı cavab zərbələrinin endirildiyini bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər