Menyu

"Hall Siti" son gündə 5 transfer reallaşdırdı

Operativ Media
"Hall Siti" son gündə 5 transfer reallaşdırdı

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” İngiltərə Premyer Liqasında yay transfer pəncərəsinin son saatlarında heyətinə 5 futbolçu cəlb edib.

Operativ Media xəbər verir ki, bununla klubun yay transfer dövründə həyata keçirdiyi transferlərin sayı 18-ə çatıb.

“Hall Siti” əvvəlcə “Everton”dan Tim İroeqbunamın transferini açıqlayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Daha sonra sağ cinah müdafiəçisi Bruk Norton-Kaffi ilə anlaşma əldə olunub. “Arsenal” və “Çelsi” akademiyalarında çıxış etmiş futbolçu son olaraq İtaliyanın “Cenoa” klubunda oynayıb. Onunla da 5 illik müqavilə imzalanıb.

Klub hücum xəttini “Roma”nın futbolçusu Robinio Vazla gücləndirib. İtaliya A Seriyası təmsilçisinin 22 yaşlı hücumçusu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürülüb.

“Hall Siti” vinger mövqeyinə isə “Stok Siti”dən Sorba Toması cəlb edib. Təcrübəli futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Klubun yay transfer pəncərəsində sonuncu transferi isə Kristos Muzakitis olub. “Olimpiakos”dan komandaya qoşulan gənc yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanıb. Muzakitis 2024/25 mövsümündə Yunanıstanda ilin ən yaxşı gənc futbolçusu seçilib.

“Hull City”nin yay transfer dövründə heyətinə qatdığı 18 futbolçu bunlardır:

Nobel Mendi, Konstantinos Tzolakis, Lukas Herrinqton, İlyas Ansah, Tim İroeqbunam, Mohamed-Ali Şo, Kristos Muzakitis, Bruk Norton-Kaffi, Yens Hjerto-Dal, Sorba Tomas, Co Gelhardt, Cek Batlend, Lukas Qur­na-Dua, Elliot Stroud, Robinio Vaz, Hidemasa Morita, Mett Targett, Oskar Zambrano.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər