Menyu

Mourinyo “Real Madrid”də intizam qaydalarını sərtləşdirdi

Operativ Media
Mourinyo “Real Madrid”də intizam qaydalarını sərtləşdirdi

"Real Madrid”in baş məşqçisi Joze Mourinyo komanda daxilində intizam qaydalarını pozan futbolçular üçün cərimə sistemini dəyişib.

Operativ Media bu barədə “Defensa Central”a istinadən məlumat yayıb. Portuqaliyalı mütəxəssis gecikmələrə görə tətbiq olunan pul cərimələrindən imtina edib.

Məlumata görə, məşqə gecikən futbolçu komanda ilə birlikdə çalışmaq əvəzinə fərdi şəkildə trenajor zalında məşq etdirilə bilər. Bundan əlavə, həmin oyunçunun növbəti matçın heyətinə daxil edilməməsi də mümkündür.

İspaniyanın “AS” qəzeti də Mourinyonun komandaya gəlişindən sonra intizam qaydalarının sərtləşdirildiyini yazıb. Nəşrin məlumatına əsasən, futbolçular məşqin başlanmasına bir saat qalmış Valdebebas bazasında olmalıdırlar.

Gecikən oyunçu ümumi qrupla məşq etmək əvəzinə fərdi hazırlıq keçməlidir. Məşqçilər korpusu futbolçuların bərpası və qidalanmasına nəzarəti də gücləndirib.

Zədədən sonra reabilitasiya prosesi, futbolçu şəxsi mütəxəssislə çalışsa belə, klubun bazasında həyata keçirilməlidir. Komandanın qidalanma menyusu isə klub mütəxəssislərinin tövsiyələri əsasında hazırlanır.

Joze Mourinyo 2026-cı ilin yayında “Real Madrid”ə qayıdıb. Madrid klubu iyunun 11-də 63 yaşlı mütəxəssisin baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub.

Portuqaliyalı çalışdırıcı daha əvvəl 2010-2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib. Madrid təmsilçisi onun rəhbərliyi altında 2011/12 mövsümündə 100 xal toplayaraq İspaniya çempionu olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər