Menyu

Azərbaycan və Türkmənistan XİN-ləri konsulluq sahəsində məsləhətləşmələr keçirib

Operativ Media
Azərbaycan və Türkmənistan XİN-ləri konsulluq sahəsində məsləhətləşmələr keçirib

Aşqabad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkmənistan Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Türkmənistan nümayəndə heyətinə isə Konsulluq xidmətləri idarəsinin rəhbəri Dövlətirat Muratov rəhbərlik edib.

Görüşdə Türkmənistanın Daxili İşlər Nazirliyinin, Miqrasiya xidmətinin, Baş Prokurorluğun rəsmiləri, həmçinin AR-in Daxili İşlər Nazirliyinin rəsmisi, ölkəmizin Türkmənistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, o cümlədən tətbiq olunan viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparıblar.

İki ölkə arasında daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə, təhsil və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb və məsləhətləşmələrin sonrakı iclasının növbəti ildə Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər