Menyu

PSJ-nin sabiq futbolçusu karyerasını bitirdi

Operativ Media
PSJ-nin sabiq futbolçusu karyerasını bitirdi

Fransanın PSJ və İngiltərənin “Tottenhem” klublarının sabiq yarımmüdafiəçisi Benjamen Stambuli futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, 36 yaşlı fransız bundan sonra məşqçi kimi fəaliyyət göstərmək niyyətindədir. O, 2027-ci ildən məşqçilik fəaliyyətinə başlamağı planlaşdırdığını bildirib.

Stambuli qeyd edib ki, artıq bir neçə ildir gənc futbolçulara məsləhətlər verir və komandada mentor funksiyasını yerinə yetirir. O, məşqçilik sahəsində psixoloji hazırlıq və videoanaliz üzrə kurslar keçməyi, həmçinin müxtəlif oyunları izləyərək məşqçilərlə görüşməyi planlaşdırır.

36 yaşlı futbolçu iyulun 1-də azad agent kimi “Metz”dən ayrılıb. O, karyerası ərzində “Reyms”, “Adana Dəmirspor”, “Şalke”, PSJ, “Tottenhem” və “Monpelye” klublarında çıxış edib.

Stambuli peşəkar səviyyədə bütün turnirlərdə 480 oyuna çıxıb, 11 qol vurub və 25 məhsuldar ötürmə edib.

O, “Monpelye” və PSJ ilə iki dəfə Fransa çempionu olub. Bundan başqa, iki dəfə Fransa Superkubokunu, bir dəfə Fransa Kubokunu və bir dəfə Fransa Liqa Kubokunu qazanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər