Menyu

Modriç: "Ronaldonun 1000-ci qolunu vuracağına şübhəm yoxdur"

Operativ Media
Modriç: "Ronaldonun 1000-ci qolunu vuracağına şübhəm yoxdur"

“Real Madrid”in sabiq futbolçusu, hazırda “Milan”da çıxış edən Luka Modriç Kriştiano Ronaldonun karyerasında 1000 qol həddinə çatacağına əmin olduğunu bildirib.

Operativ Media xəbər verir ki, 41 yaşlı portuqaliyalı hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır və hesabında 978 qol var.

Modriç Ronaldonun yüksək səviyyədə çıxışını davam etdirdiyini və hər matçda tam gücü ilə mübarizə apardığını qeyd edib. O, “Real Madrid”də birlikdə qazandıqları uğurlara görə portuqaliyalı hücumçuya xüsusi bağlılığının olduğunu da bildirib.

“Ronaldo inanılmaz futbolçudur. Onun 1000 qola çatacağına heç bir şübhəm yoxdur. Qarşıda onun ən azı daha bir ili var və əminəm ki, bu göstəriciyə nail olacaq”, – deyə Modriç bildirib.

Xorvatiyalı yarımmüdafiəçi Ronaldonun neçə yaşına qədər oynamaq istəyəcəyini bilmədiyini, lakin hətta 50 yaşına qədər futbol oynasa belə, qol vurmağa davam edəcəyini söyləyib.

Modriç həmçinin Ronaldonun qol vurmaq bacarığının, xarakterinin, özünə inamının və imkanlarına olan güvəninin xüsusi olduğunu vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər