Menyu

Tellur Mütəllimov: Diqqətimizi qarşıdakı oyunlara yönəltməyin vaxtıdır

Operativ Media
Tellur Mütəllimov: Diqqətimizi qarşıdakı oyunlara yönəltməyin vaxtıdır

Operativ Media xəbər verir ki, bunu "Sabah"ın sağ cinah müdafiəçisi Tellur Mütəllimov "Euronews"a açıqlamasında deyib.

O, qarşıdakı oyunlara həyəcanla deyil, məsuliyyət və diqqətlə yanaşdığını bildirib.

“Belə səviyyəli klublara qarşı oynamaq məndə həyəcan hissindən daha çox məsuliyyət və əlavə motivasiya yaradır. Artıq qeyd etmələri geridə qoymuşuq. İndi bütün diqqətimizi qarşıdakı vacib və çətin oyunlara yönəltməyin vaxtıdır”, – deyə Mütəllimov “Euronews”a açıqlamasında bildirib.

Futbolçu komandanı Çempionlar Liqasının təsnifat mərhələlərində səfər oyunlarında da dəstəkləyən azarkeşlərə təşəkkür edib.

“Oyunlarımızı Danimarka, İngiltərə, Finlandiya və Rumıniya kimi ölkələrdə keçirsək də, heç vaxt özümüzü tək hiss etmirdik. Xaricdə yaşayan və həmin qarşılaşmalarda stadionlara gələrək bizə dəstək olan həmvətənlərimizə minnətdarıq”, – deyə o qeyd edib.

Baş məşqçi Valdas Dambrauskasın köməkçilərindən biri 37 yaşlı italiyalı Valerio Zuddasdır. 10 ölkədə çalışmış mütəxəssis komandanın müdafiə təşkilinə və Avropadakı rəqiblərin təhlilinə cavabdehdir.

Zuddas “Euronews”a açıqlamasında məşqçilər korpusu üçün ən böyük məmnunluğun futbolçuların komandanın prinsiplərini mənimsəməsi və həmin prinsiplərə inanması olduğunu bildirib.

Onun sözlərinə görə, futbolçular bəzən komandanın oyun strukturuna uyğun həll yollarını özləri tapırlar. Zuddas qeyd edib ki, oyun anlayışının yüksək səviyyədə olması məşqçilər korpusuna müxtəlif strategiya və taktiki variantlardan istifadə etməyə, bununla da komandanın rəqabət qabiliyyətini artırmağa imkan verir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər