Sesk Fabreqas A Seriyasında mövsümün məşqçisi seçildi
“Como”nun baş məşqçisi Sesk Fabreqas 2025/26 mövsümündə İtaliya A Seriyasının ən yaxşı məşqçisi seçilib.
Operativ Media xəbər verir ki, 39 yaşlı ispaniyalı mütəxəssis bu mükafata İtaliya Futbolçular Assosiasiyasının (AIC) keçirdiyi səsvermənin nəticələrinə əsasən layiq görülüb. Qaliblər futbolçuların səsverməsi ilə müəyyənləşdirilib. Mükafatlandırma mərasimi çərşənbə axşamı Milanın “La Skala” teatrında baş tutub.
2024-cü ildən “Como”ya rəhbərlik edən Fabreqas ötən mövsüm komandanı 71 xalla A Seriyasının 4-cü pilləsinə yüksəldib. Klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Mövsümün ən yaxşı futbolçusu “İnter”in müdafiəçisi Federiko Dimarko seçilib. Ən yaxşı klub adına da “İnter” layiq görülüb.
Mövsümün ən yaxşı gənc futbolçusu “Como”nun yarımmüdafiəçisi Niko Paz, ən yaxşı qolun müəllifi isə “Yuventus”un futbolçusu Fransişku Konseysao olub.
Mövsümün rəmzi komandası: Mile Svilar (“Roma”), Marko Palestra (“Empoli”), Alessandro Bastoni (“İnter”), Manuel Akanji (“İnter”), Federiko Dimarko (“İnter”), Hakan Çalhanoğlu (“İnter”), Skott MakTominey (“Napoli”), Luka Modriç (“Milan”), Niko Paz (“Como”), Lautaro Martines (“İnter”), Donyell Malen (“Roma”).
dəqiqələr içində saytın olsun.