Ukrayna və Polşa dünya çempionatı üçün birgə namizəd ola bilər
Ukrayna və Polşa futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etmək üçün namizədlik irəli sürmək imkanını nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu barədə “Politico” Ukraynanın gənclər və idman naziri Matvey Bednıyə və Polşa mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu məsələ Qdanskda keçirilən beynəlxalq konfrans zamanı müzakirə olunub. Bednıy bildirib ki, dünya çempionatının keçirilməsi üçün ən yaxın boş tarixlər 2040-cı illərə təsadüf edir və bu perspektivə indidən hazırlaşmaq lazımdır.
Ukraynalı nazir 2012-ci ildə Ukrayna və Polşanın birgə təşkil etdiyi Avropa çempionatının təcrübəsini də xatırladıb. Onun sözlərinə görə, böyük futbol turnirinin keçirilməsi ölkəyə investorların cəlb olunmasına kömək edə bilər.
Bununla belə, Bednıy hazırda söhbətin rəsmi namizədlikdən getmədiyini vurğulayıb. Prosesin başlanması üçün təşəbbüsün idman ictimaiyyəti və ya federasiyalar tərəfindən irəli sürülməli olduğunu bildirən nazir növbəti addımların onların təşəbbüsündən asılı olacağını qeyd edib.
2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. 2034-cü ildə turnir Səudiyyə Ərəbistanında keçiriləcək. 2038-ci il mundialının ev sahibi isə hələ müəyyənləşməyib. ABŞ və Almaniya da turnirin keçirilməsinə maraq göstərən ölkələr sırasındadır.
dəqiqələr içində saytın olsun.