Azərbaycanlı futbolçu "Qalatasaray"a transfer oldu
Operativ Media
Azərbaycanlı futbolçu Can Hacıyev Türkiyənin “Qalatasaray” klubu ilə müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, 17 yaşlı futbolçu qarşıdakı iki mövsümdə İstanbul təmsilçisinin U-19 komandasında çıxış edəcək. Sözügedən komanda UEFA Gənclər Liqasında mübarizə aparacaq.
Hacıyev ötən mövsümü İsveçrənin “Sion” klubunun gənclər komandasında keçirib.
1,87 metr boya malik futbolçu sağ və mərkəz müdafiəçisi mövqelərində oynaya bilir.
Qeyd edək ki, Hacıyevə artıq Türkiyə və Qazaxıstanın futbol federasiyaları da maraq göstərir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net