Menyu

Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ açıqlanıb - YENİLƏNİB

Operativ Media
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ açıqlanıb - YENİLƏNİB
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putinin Moskvaya gələn Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı olub.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Yuri Uşakov qeyd edib ki, danışıqlar 3 saatdan çox davam edib, Uitkoff və Kuşner Kiyevdə keçiriləcək qarşıdan gələn görüşlərində Putindən aldıqları qiymətləndirmələrdən istifadə edəcəklərinə söz veriblər.

Eyni zamanda Putin Ukraynada hərbi əməliyyatlarla bağlı “hərtərəfli qiymətləndirilməsini” təqdim edib və Ukraynadakı münaqişənin köklü səbəblərinin aradan qaldırılmasını vacib sayıb:

"Uitkoff və Kuşner münaqişənin həlli ilə bağlı təkliflərini təqdim ediblər. Tərəflər həmçinin Rusiya və ABŞ arasında mümkün birgə layihələri müzakirə ediblər".

Kreml rəsmisi Putin və Trampın şəxsi təmaslarını davam etdirəcəklərini, Uitkoff və Kuşnerin isə Ukrayna nizamlanması üzərində işləyəcəklərini əlavə edib.

09:23

Rusiya və ABŞ nümayəndələri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda növbəti addımlarla bağlı konkret planları müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, danışıqlarda növbəti addımlar barədə yaxın bir neçə həftə ərzində məlumat veriləcək.

Əlaqəli Xəbərlər