ABŞ nümayəndəsi Putinlə danışıqların detallarını açıqladı
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı konstruktiv və məzmunlu görüş keçirib.
Operativ Media xəbər verir ki, Uitkoff bu barədə Kiyevdə keçirilən mətbuat konfransında ABŞ-nin Moskva və Kiyevlə təmaslarından danışarkən məlumat verib.
Onun sözlərinə görə, ABŞ nümayəndə heyəti əvvəlcə Rusiya rəhbərliyinin mövqeyini öyrənmək üçün Vladimir Putinlə görüşüb.
“Biz əvvəlcə Prezident Putinlə görüşdük. Onun mövqeyini eşitməyimiz vacib idi. Onunla yaxşı və konkret söhbətimiz oldu. Daha sonra bu barədə Prezident Vladimir Zelenskiyə və onun komandasına məlumat verdik”, – Uitkoff bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, Amerika tərəfi ilk mərhələdə Rusiya rəhbərliyinin mövqeyini anlamağa çalışıb, daha sonra görüşün məzmununu Ukrayna tərəfinə çatdırıb.
dəqiqələr içində saytın olsun.