Ağ Ev Ukraynada sülh və gərginliyin azaldılması danışıqlarının mümkün olduğuna inanır
ABŞ administrasiyası Ukraynada həm sülh nizamlanması, həm də deeskalasiya üzrə danışıqların eyni vaxtda aparılmasının mümkün olduğunu düşünür.
Operativ Media xəbər verir ki, bunu ABŞ prezidentinin kürəkəni Cared Kuşner Kiyevdə Volodimir Zelenski ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Kuşner qeyd edib ki, əsas məsələlərlə yanaşı, gərginliyin azaldılmasına yönəlmiş və həlli mümkün olan bir sıra digər məsələlərin də müzakirəsi vacibdir.
O, bu fikirləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birlikdə şənbə günü Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşə münasibət bildirərkən səsləndirib.
“Düşünürəm ki, əlbəttə, böyük məsələlər barədə danışmaq vacibdir. Bununla yanaşı, deeskalasiya ilə bağlı həll edilə biləcək bəzi məsələlər də var”, – Kuşner deyib.
dəqiqələr içində saytın olsun.