Menyu

Veynaldum “Əl-İttihad”a keçdi

Operativ Media
Veynaldum “Əl-İttihad”a keçdi
1 dəq oxu

“Əl-İttihad” niderlandlı yarımmüdafiəçi Jorjinyo Veynaldumla 30 iyun 2027-ci ilədək müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, 35 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubuna azad agent kimi qoşulub. Veynaldumun son klubu 2026-cı ilin yayına qədər çıxış etdiyi “Əl-İttifaq” olub.

Niderlandlı yarımmüdafiəçi 2025/26 mövsümündə “Əl-İttifaq”ın heyətində 34 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Veynaldum karyerası ərzində “Roma”, PSJ, “Liverpul”, “Nyukasl”, PSV və “Feyenoord”un da formasını geyinib.

Transfermarkt portalı keçmiş Niderland millisinin üzvünün transfer dəyərini 2,2 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər