Menyu

Muxtar Babayev: 4-cü İqlim Həftəsinə ev sahibliyi etməkdən qürur duyuruq

Operativ Media
Muxtar Babayev: 4-cü İqlim Həftəsinə ev sahibliyi etməkdən qürur duyuruq
1 dəq oxu

"Bu həftə Bakı növbəti dəfə qlobal iqlim ictimaiyyətinin görüş yerinə çevrilir. Üç il əvvəl biz Bakı İqlim Fəaliyyəti Həftəsinə aydın bir iddia ilə start verdik: burada yaradılan iqlim dinamikası COP29-dan sonra da davam etməlidir".

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.

"Bu il Bakı, həmçinin Avropa və Mərkəzi Asiya üzrə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 4-cü İqlim Həftəsinə ev sahibliyi etməkdən qürur duyur. Bu tədbir rəsmi beynəlxalq iqlim prosesini və daha geniş iqlim ictimaiyyətini tək bir şəhərdə bir araya gətirir", - o, qeyd edib.

Əlaqəli Xəbərlər