Belçika Futbol Assosiasiyası İnfantinoya dəstək verməyəcək
Belçika Kral Futbol Assosiasiyası (KBVB) FIFA prezidenti postuna növbəti seçkilərdə Canni İnfantinonun namizədliyini dəstəkləməyəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, KBVB rəhbəri Paskal van Damm qərarın iki əsas prinsipə əsaslandığını bildirib. Onun sözlərinə görə, FIFA Forward Enterprise layihəsi ilə bağlı bir sıra mühüm qərarların qəbul edilməsinin əsas motivləri və qiymətləndirmə meyarları barədə kifayət qədər məlumat yoxdur. Bu vəziyyət prosesin şəffaflığı və idarəetməsi ilə bağlı suallar yaradır.
Assosiasiya, həmçinin DÇ-2026 zamanı Folorin Baloqunun qırmızı vərəqə alması ilə bağlı davam edən araşdırmada cavabsız qalan məsələlərin olduğunu qeyd edib. KBVB həmin prosesdə birbaşa iştirak edib.
Qeyd edək ki, iyul ayında Canni İnfantinonun FIFA Forward Enterprise adlı şirkətin yaradılması təşəbbüsü ilə çıxış etdiyi bildirilib. Şirkətin FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət etməsi planlaşdırılırdı. Təşkilatın qiymətləndirməsinə görə, layihə 4,2 milyard dollar gəlir cəlb edə bilərdi.
Təklif UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfindən dəstəklənməyib. Bununla yanaşı, Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar İnfantinoya dəstək verib.
56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralından FIFA-ya rəhbərlik edir. Təşkilatın növbəti prezident seçkiləri 2027-ci ilin martında keçiriləcək. Namizədliklərin təqdim olunması üçün son tarix isə 18 noyabrdır.
dəqiqələr içində saytın olsun.