Menyu

Fərid Qayıbov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Operativ Media
Fərid Qayıbov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 7-də Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuddini qəbul edib.

Operativ Media xəbər verir ki, görüş zamanı Azərbaycan-Pakistan əlaqələrinin gənclər və idman sahəsində inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlərdə birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Tərəflər gənclər siyasəti və idman sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, mövcud əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova və səfirliyin inzibati məsələlər üzrə rəhbəri Məhəmməd Həsnain Ərşad da iştirak ediblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər