Menyu

Ermənistan ordusunun keçmiş komandanı vətəndaşlıqdan imtina edib

Operativ Media
Ermənistan ordusunun keçmiş komandanı vətəndaşlıqdan imtina edib
1 dəq oxu

Ermənistan Silahlı Qüvvələrinin keçmiş komandanı, istefada olan general-leytenant Norat Ter-Qriqoryants Ermənistan vətəndaşlığından imtina edib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinə rəhbərlik etmiş Ter-Qriqoryants Ermənistanın konsulluğuna müraciət edərək pasportunu təhvil verdiyini bildirib.

General-leytenant Ermənistan hakimiyyətinin siyasətini tənqid edib və ölkədəki mövcud vəziyyətə görə belə qərar verdiyini açıqlayıb. O, bundan sonra Ermənistana bir daha səfər etməyəcəyini də bildirib.

Əlaqəli Xəbərlər