Menyu

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə qızıl medal qazandı

Operativ Media
Azərbaycan badmintonçusu beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra “Cameroon International 2026” turnirində qızıl medal qazanıb.

Operativ Media xəbər verir ki, qadın badmintonçuların şəxsi kateqoriyasında “International Challenge” seriyalı turnirə qatılan Keişa Fatimə Zəhra reytinqi yüksək olduğundan mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşündə Uqanda badmintonçusunu mübarizədən kənarlaşdıran Keişa, 1/4 finalda BƏƏ təmsilçisinə qalib gəlməklə yarımfinala yüksəlib. Bu mərhələdə də badmintonçumuzun rəqibi BƏƏ idmançısı olub. Rəqibini hər iki setdə məğlub edən Keişa Fatimə Zəhranın həlledici qarşılaşmada da rəqibi BƏƏ badmintonçusu olub. Keişa Fatimə Zəhra Prakriti Bharatha 2:0 (21-16,21-19) hesabı ilə qalib gələrək “Cameroon International 2026” turnirində qızıl medal qazanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər