Yamal: "19 yaşında kapitan sarğısını taxmaq şərəfdir"
“Barselona”nın hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Feyenoord”la matç öncəsi komandanın kapitan sarğısını daşımağın onun üçün böyük şərəf olduğunu bildirib.
Operativ Media xəbər verir ki, Yamal UEFA-nın rəsmi saytına açıqlamasında Çempionlar Liqasında qalib gəlməyin onun üçün ən böyük motivasiya olduğunu söyləyib.
“Çempionlar Liqasında qələbədən böyük motivasiya mənim üçün yoxdur. Bu, ən xüsusi turnirdir. Bu dəfə hər şey bizim üçün yaxşı nəticələnə bilər. Komandamıza böyük futbolçular qoşulub”, – deyə o bildirib.
19 yaşında kapitan sarğısını daşımağın qürurverici olduğunu vurğulayan Yamal komanda yoldaşlarına təşəkkür edib.
“Mən çox xoşbəxtəm və bütün gücümü komandaya vermək istəyirəm. Arzum komandamızın titullar qazanmasıdır. Şəxsən isə inkişaf etmək və dinləmək istəyirəm”, – deyə “Barselona”nın futbolçusu qeyd edib.
“Barselona” – “Feyenoord” qarşılaşması sentyabrın 9-da “Kamp Nou” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 21:45-də başlayacaq.
dəqiqələr içində saytın olsun.