“Sabah” hücum xəttini braziliyalı futbolçu ilə gücləndirdi
“Sabah” 24 yaşlı braziliyalı hücumçu Karlos Eduardonu Portuqaliyanın “Jil Visente” klubundan icarəyə götürüb.
Operativ Media Portuqaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə 2026/27 mövsümünün sonunadək qüvvədə olacaq və anlaşmada futbolçunun transfer hüquqlarının alınması ilə bağlı seçim imkanı yer alıb.
“Jil Visente” Eduardonun müqaviləsini 2029-cu ilədək uzadaraq onu Bakı klubuna icarəyə verib. İcarə üçün ilkin maliyyə ödənişi nəzərdə tutulmayıb.
Məlumata görə, “Sabah” müqavilədəki satınalma bəndindən istifadə edəcəyi təqdirdə “Jil Visente” təxminən 500 min avro gəlir əldə edə bilər.
Karlos Eduardo 2020/21 mövsümündən Portuqaliyada çıxış edir. O, “Nasyonal”, “Maritimu” və “Felgeyraş” klublarının da formasını geyinib.
Braziliyalı hücumçu 2025-ci ilin yanvarında “Jil Visente”yə keçib. Onun “Transfermarkt”da hazırkı bazar dəyəri 500 min avro qiymətləndirilir.
Qeyd edək ki, “Sabah” bu mövsüm UEFA Çempionlar Liqasının liqa mərhələsində debüt edəcək.
dəqiqələr içində saytın olsun.