Menyu

İsmayıl Seragəldin: İqlim maliyyəsi üçün özəl kapitaldan istifadə edilməlidir

Operativ Media
İsmayıl Seragəldin: İqlim maliyyəsi üçün özəl kapitaldan istifadə edilməlidir

İqlim maliyyəsi üçün özəl kapitaldan istifadə edilməlidir.

Operativ Media xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil etdiyi yüksək səviyyəli dəyirmi masada deyib.

O bildirib ki, iqlim məqsədlərinə çatmaq üçün hər il 3 trilyon dollar maliyyə tələb olunur. Onun sözlərinə görə, əsas problem kapitalın azlığı deyil, mövcud vəsaitin iqlim məqsədlərinə yönəldilməsidir.

“2026-cı ildə ilk dəfə olaraq özəl idarəetmədə olan vəsaitin həcmi 500 trilyon dolları keçib. Bu kapitalın yalnız bir hissəsini iqlim məqsədlərinə yönəltməklə illik 3 trilyon dollarlıq hədəfə çatmaq mümkündür”, - deyə Seragəldin bildirib.

O qeyd edib ki, inkişaf etməkdə olan ölkələrdə maliyyələşdirmə üçün hazır layihələrin olmaması əsas problemlərdəndir.

“Əgər kiməsə 1 milyard dollar verib Nigerə getməyi və iqlim dayanıqlığını artırmağı desəm, nə edəcək? Layihələr müəyyənləşdirilməyib, hazırlanmayıb və qiymətləndirilməyib. Beynəlxalq maliyyə institutları, çoxtərəfli banklar və BMT agentlikləri bu ölkələrə layihələrin hazırlanmasında kömək edə bilər”, - deyə o vurğulayıb.

Seragəldin bildirib ki, iqlim maliyyəsi problemini həll etmək üçün institusional dəyişikliklər də lazımdır. Onun sözlərinə görə, illik 3 trilyon dollar qlobal yığımın təxminən onda birinə bərabərdir və bu vəsaitin iqtisadiyyatların, xüsusilə inkişaf etməkdə olan ölkələrin transformasiyasına yönəldilməsi mümkündür.

Natiq texnologiyaların iqlim dəyişiklikləri ilə mübarizədə yaratdığı imkanlardan da danışıb.

“Biz yeni dövrün astanasındayıq. Genomu deşifrə edə, kosmosu xəritələndirə və süni intellektdən istifadə edə bilirik. Bunlar artıq sadəcə alətlər deyil. Onlar həm imkanlarımızı, həm də səhvlərimizi gücləndirə bilər”, - deyə o bildirib.

O qeyd edib ki, yeni texnologiyalar quraqlığa və şoranlığa davamlı bitkilərin hazırlanması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və su ehtiyatlarının daha səmərəli idarə olunmasına kömək edə bilər.

“Gələcəyi formalaşdırıb-formalaşdırmayacağımız sual deyil. Biz artıq onu formalaşdırırıq. Amma bunu məsuliyyətlə və uzaqgörənliklə etməliyik. Hər bir innovasiya həm də etik seçimdir”, - deyə Seragəldin vurğulayıb.

O, iqlim siyasətində emissiyaların azaldılması, uyğunlaşma və dayanıqlılığın əsas istiqamətlər olduğunu bildirib.

Seragəldinin sözlərinə görə, qlobal səviyyədə müəyyən edilən iqlim hədəflərinin icrası milli və regional səviyyədə həyata keçirilməlidir.

“Qlobal səviyyədə ümumi qaydalar və hədəflər müəyyən edilə bilər. Lakin onların həyata keçirilməsi ölkələr və regionlar səviyyəsində baş verməlidir”, - deyə o qeyd edib.

Natiq ölkələrin ortaq problemlərin həlli üçün regional əməkdaşlığı gücləndirməsinin vacibliyini də vurğulayıb. O bildirib ki, dövlətlər qlobal qərarları gözləmədən ortaq çay hövzələri və digər regional məsələlər üzrə birgə fəaliyyət göstərə bilərlər.

“Biz planetimizin gələcəyi ilə bağlı böyük məsuliyyət daşıyırıq. Biz keçid nəsliyik. Estafeti gənclərə ötürərkən onlara daha yaxşı gələcək qurmaq üçün lazım olan institutları da miras qoymalıyıq. Biz bu prosesdə gənclərin tərəfdaşı olmalıyıq”, - deyə İsmayıl Seragəldin çıxışını yekunlaşdırıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər