Menyu

Enso Fernandes: "Holann canavardır"

Operativ Media
Enso Fernandes: "Holann canavardır"

“Mançester Siti”nin yarımmüdafiəçisi Enso Fernandes komanda yoldaşı Erlinq Holannın oyununu yüksək qiymətləndirib.

Operativ Media xəbər verir ki, argentinalı futbolçu bu barədə “Amazon Prime”a açıqlamasında danışıb.

Fernandes norveçli hücumçunun meydanda çox təhlükəli futbolçu olduğunu bildirib və hər oyunda ona ötürmələr etməyə çalışacağını deyib.

“Erlinq Holann bir heyvandır, canavardır. Meydanda olduğum hər dəfə onu axtaracağam və ümid edirəm ki, ona çoxlu məhsuldar ötürmələr verərək belə qollar vurmasına kömək edəcəyəm”, – deyə Fernandes bildirib.

26 yaşlı Holann UEFA Çempionlar Liqasının əsas mərhələsində “Portu” ilə səfər oyununda (2:0) “Mançester Siti”nin hər iki qolunu vurub. O, turnirdə keçirdiyi 59 matçda 59 qola imza atıb.

Fernandes Holannın yalnız futbolçu kimi deyil, insan kimi də yüksək keyfiyyətlərə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, norveçli hücumçu komandaya qoşulduğu ilk vaxtlarda onu səmimi qarşılayıb.

Holann “Mançester Siti”nin heyətində Çempionlar Liqasında vurduğu qolların sayını 36-ya çatdıraraq Serxio Aqüero ilə eyni göstəriciyə yüksəlib.

Norveçli hücumçu turnirin bütün zamanların ən yaxşı bombardirləri siyahısında isə Tomas Mülleri geridə qoyaraq yeddinci pilləyə qalxıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər