Menyu

İnfanti̇no ilə bağlı petisiyanı 100 mindən çox şəxs imzalayıb

Operativ Media
İnfanti̇no ilə bağlı petisiyanı 100 mindən çox şəxs imzalayıb

FİFA prezidenti Canni İnfantinonun fəaliyyəti ilə bağlı araşdırma aparılması tələbi ilə 100 mindən çox insan petisiyaya imza atıb.

Operativ Media xəbər verir ki, bu barədə “Reuters” qeyri-kommersiya təşkilatı “FairSquare”ə istinadən məlumat yayıb.

“FairSquare” avqust ayında FİFA-nın idarəetmə, audit və uyğunluq komitəsinə müraciət edərək Canni İnfantinonun təşkilatın prezidentliyinə növbəti müddət üçün namizədliyinin irəli sürülməsinə hüququnun olmadığının tanınmasını tələb edib.

Təşkilat daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinə (BOK) də şikayət göndərib. “FairSquare” İnfantinonun 2020-ci ildə verdiyi və kommersiya və siyasi maraqlardan asılı olmayaraq fəaliyyət göstərəcəyinə dair öhdəliyi pozduğunu iddia edib. BOK isə müraciətə baxmaqdan imtina edib.

İyul ayında İnfantinonun FIFA Forward Enterprise şirkətinin yaradılmasını təklif etdiyi bildirilib. Şirkətin FİFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət etməsi nəzərdə tutulurdu. Təşkilatın qiymətləndirməsinə görə, layihə 4,2 milyard ABŞ dolları həcmində vəsait cəlb edə bilərdi.

Təşəbbüs UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası və KONMEBOL tərəfindən dəstəklənməyib.

56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir. Təşkilatın növbəti prezident seçkiləri 2027-ci ilin martında keçiriləcək. Namizədliklərin təqdim edilməsi üçün son tarix isə 18 noyabrdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər