Menyu

Lionel Messi İspaniyada klub alır

Operativ Media
Lionel Messi İspaniyada klub alır

“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyanın “Eldense” klubunun yeni sahibi olacaq.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Bildirilib ki, 39 yaşlı argentinalı futbolçu İspaniya klubunun səhmlərinin 100 faizini satın alacaq.

“Marca”nın məlumatına görə, “Eldense” daha əvvəl kolumbiyalı iş adamı Xuan Karlos Truxillonun rəhbərlik etdiyi beynəlxalq investisiya qrupu tərəfindən alınıb. Truxillo 2025-ci ilin oktyabrında klubu Paskual Peresdən satın alıb.

Qeyd edək ki, Messi bu ilin yazında İspaniyanın dördüncü divizionunda çıxış edən “Kornelya” klubunun da sahibi olub.

“Eldense” İspaniya Sequndasında 4 turdan sonra turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər