Menyu

Ceyhun Bayramov: Azərbaycan Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı prosesi izləyir

Operativ Media
Ceyhun Bayramov: Azərbaycan Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı prosesi izləyir

Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində mühüm addımlar atılıb və prosesin davam etdirilməsi istiqamətində tərəflər arasında müxtəlif səviyyələrdə təmaslar həyata keçirilir.

Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, tarixi Vaşinqton sammitində qəbul edilən qərarlar və verilən mesajlar hamının yadındadır.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də dövlət rəsmilərinin görüşləri keçirilib.

“Vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri, dövlət rəsmiləri arasında görüşlər keçirilməsi bunun bariz nümunəsidir. Vaşinqtonda qəbul edilən Birgə Bəyannamədə də qeyd olunur ki, prosesin başa çatdırılması üçün Ermənistanda yeni Konstitusiya qəbul olunmalıdır”, - Ceyhun Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, bununla bağlı vaxt və müddət Ermənistanın daxili prosesidir. O bildirib ki, seçkilərdən sonra Ermənistanın baş naziri ilin sonunda Konstitusiya mətninin ictimaiyyətə açıqlanması ilə bağlı yeni mesajlar verib.

Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan tərəfi prosesi diqqətlə müşahidə edir və rəsmi Bakının bu məsələdə yanaşması dəyişməz olaraq qalır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər