Ölkəyə idxal edilən şərab üçün gömrük rüsumu dəyişib
Azərbaycanda bir sıra alkoqollu içkilərin idxalı ilə bağlı gömrük rüsumlarına dəyişiklik edilir.
Operativ Media xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələrinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, müəyyən kateqoriyalara aid şərab və digər alkoqollu içkilərin idxalına 31 dekabr 2030-cu il tarixinədək 15 faiz gömrük rüsumu tətbiq olunacaq. Bununla yanaşı, rüsum hər litr üçün müəyyən edilmiş minimum məbləğdən aşağı ola bilməz.
Belə ki, bəzi şərab məhsulları üzrə rüsum 1 litr üçün 15 faiz, lakin 3 ABŞ dollarından az olmamaqla müəyyən edilir.
Digər alkoqollu içkilər üzrə isə 1 litr üçün 15 faiz, lakin 2 ABŞ dollarından az olmamaqla gömrük rüsumu tətbiq olunacaq.
Spirtli içkilərin digər müəyyən edilmiş kateqoriyaları üçün isə rüsum 1 litr üçün 15 faiz, lakin 4 ABŞ dollarından az olmamaqla hesablanacaq.
Qərara əsasən, dəyişikliklər 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.
Nazirlər Kabinetinin qərarı dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək.
dəqiqələr içində saytın olsun.