Menyu

Coy-Lens Mikels: “Mançester Yunayted” və “Barselona” kimi “nəhəng”lərlə qarşılaşmaq həyəcanvericidir

Operativ Media
Coy-Lens Mikels: “Mançester Yunayted” və “Barselona” kimi “nəhəng”lərlə qarşılaşmaq həyəcanvericidir

“Sabah”ın hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının liqa mərhələsinin I turunda “Mançester Yunayted”ə karşı keçiriləcək oyun öncəsi BBC-yə geniş müsahibə verib.

Operativ Media xəbər verir ki, uşaqlıqdan Mançester təmsilçisinə azarkeşlik etdiyini gizlətməyən 32 yaşlı təcrübəli forvard püşk nəticəsində “Old Trafford”da oynamaq şansı qazanmalarını karyerasının ən xüsusi anlarından biri kimi dəyərləndirib:

“Mançester Yunayted” dünya futbolunun ən nəhəng klublarından biridir. Turnirə məhz burada başlamaq böyük qürurdur, lakin biz bura yalnız atmosferdən zövq almaq üçün gəlməmişik. Əsas hədəfimiz “Sabah”ı və bütövlükdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək, bu səviyyədə oynamağa layiq olduğumuzu sübut etməkdir.

Əslən ruandalı olduğuna görə fəxr edirəm. Mənim bu səviyyədə oynamağım ümid edirəm ki, gənc ruandalı futbolçulara ilham verəcək, zəhmət və səbirlə hər bir zirvəni fəth etməyin mümkün olduğunu göstərəcək.

“Mançester Yunayted” və “Barselona” kimi “nəhəng”lərlə qarşılaşmaq həyəcanvericidir, amma biz bütün rəqiblərə hörmətlə yanaşırıq. İngiltərədən xalla qayıtmaq və hər bir rəqib üçün mübarizəni çətinləşdirmək istəyirik”.

Sabah keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyununa saat 23:00-da start veriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər