Menyu

İnternet dələduzluğuna qarşı beynəlxalq alyans yaradılacaq

Operativ Media
İnternet dələduzluğuna qarşı beynəlxalq alyans yaradılacaq
1 dəq oxu

Çinin Lianyungan şəhərində keçirilən Qlobal İctimai Təhlükəsizlik Əməkdaşlığı Forumunun iştirakçıları telekommunikasiya və internet dələduzluğuna qarşı mübarizə üzrə Beynəlxalq Alyansın yaradılması ilə bağlı Birgə Bəyanat qəbul ediblər.

Operativ Media xəbər verir ki, bu barədə “Sinxua” agentliyi bəyanata istinadən məlumat yayıb.

Sənəddə beynəlxalq ictimaiyyətin telekommunikasiya və internet sahəsində dələduzluğun qlobal problemə çevrildiyini qəbul etdiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, beynəlxalq konvensiyalar əsasında fəaliyyət göstərəcək, peşəkar, effektiv və praktiki fəaliyyətə yönəlmiş hökumətlərarası beynəlxalq təşkilatın yaradılması dələduzluğa qarşı birgə mübarizədə böyük praktiki əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər