Ceyhun Bayramov: Azərbaycan 80 ölkəyə COVID-19 yardımı göstərib
Operativ Media
“COVID-19 pandemiyası zamanı Azərbaycan 80 ölkəyə yardım göstərib”.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov AIDA-nın 15 illiyinə həsr olunmuş konfransda bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq yardımları müxtəlif istiqamətləri əhatə edir. Onun sözlərinə görə, 2020-ci ildən etibarən ikitərəfli və çoxtərəfli yardıma təxminən 400 milyon ABŞ dolları ayrılıb.
Bayramov bildirib ki, Afrikada əməkdaşlıq Ebola epidemiyasına qarşı mübarizəni və qarşısı alına bilən korluqla mübarizə təşəbbüslərini də əhatə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net