Menyu

Emin Əmrullayev: 500 xarici tələbə Azərbaycanda təhsil alacaq

Operativ Media
Emin Əmrullayev: 500 xarici tələbə Azərbaycanda təhsil alacaq

“Azərbaycan Beynəlxalq Təhsil Qrantı Proqramı çərçivəsində beş il ərzində 500 xarici tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı yaradılır”.

Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AIDA-nın 15 illiyinə həsr olunmuş konfransda bildirib.

Nazir qeyd edib ki, 2018-2023-cü illərdə Qoşulmama Hərəkatının üzv dövlətləri üçün Azərbaycan Təhsil Qrantı Proqramı çərçivəsində 200-ə yaxın xarici tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı yaradılıb.

Onun sözlərinə görə, bu təcrübə əsasında Azərbaycan Beynəlxalq Təhsil Qrantı Proqramı 2023-cü ildə Prezidentin sərəncamı ilə təsis edilib. Proqramın ilk ilində 25 ölkədən 100 tələbə qrant əldə edib.

Əmrullayev vurğulayıb ki, proqramın əsas məqsədi yalnız təhsil imkanları yaratmaq deyil, həm də müxtəlif ölkələrdən olan gənclər arasında dialoq, qarşılıqlı anlaşma və uzunmüddətli əlaqələrin inkişafına şərait yaratmaqdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər