Menyu

Azərbaycan və Çin enerji sahəsində yeni addımları müzakirə edib

Operativ Media
Azərbaycan və Çin enerji sahəsində yeni addımları müzakirə edib
1 dəq oxu

Energetika naziri Pərviz Şahbazov "China Energy International Group"un icraçı prezidenti Lin Xiaodan ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Məlumata görə, görüşdə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatının yekunlaşdırılması və onun nəticələri əsasında bərpa olunan enerji layihələrinin inkişafı məsələlərini müzakirə edilib.

Həmçinin şirkətin Azərbaycanda ilk investisiya layihəsi olan 160 MVt gücündə günəş elektrik stansiyasının icrası və Xəzər dənizində külək enerjisi üzrə əməkdaşlığın növbəti addımları barədə fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər