Nazir müavini: Azərbaycanın beynəlxalq yardım fəaliyyətinin coğrafiyası genişlənib
Ötən 15 il ərzində AIDA Azərbaycanın beynəlxalq humanitar yardım və inkişaf əməkdaşlığında mühüm rol oynayıb.
Operativ Media xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfransın yekununda söyləyib.
"Bu müddətdə Azərbaycanın yardım fəaliyyətinin coğrafiyası genişlənib. 140-dan çox ölkə müxtəlif formalarda Azərbaycanın beynəlxalq yardımından faydalanıb. Azərbaycan Afrikanın kiçik ada dövlətlərinə dəstək göstərib. Həmçinin Afrikada qarşısı alına bilən korluqla mübarizə təşəbbüslərində iştirak edib. Bundan əlavə, Kiçik Ada Dövlətlərinin mədəni irsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə yardım göstərib", - deyə Y. Rəfiyev vurğulayıb.
O bildirib ki, Azərbaycan öz inkişaf təcrübəsini tərəfdaş ölkələrlə, xüsusilə Cənub-Cənub və üçtərəfli əməkdaşlıq çərçivəsində bölüşür.
dəqiqələr içində saytın olsun.